Əsas məzmuna keç

Qoşma

Narı dilbərin

Məxdumqulu Fəraqi

1

Gözüm düşdü seyranımda, qardaşlar, Kükrəyir damu tək narı dilbərin, Qıyılmış kaman tək üzündə qaşlar Görüb-görməyənlər zarı dilbərin.

Ol adəm oğlunun deyil balası, Qulağı eşitməz aşiq naləsi, Camalın bir görən heyran qalası, Hey axır üzündən nuru dilbərin.

Şöləsində günəş təkdir camalı, Hamıdan üstündür vəsfi-kamalı, Münəqqəş sifətli zati-camalı - Misalıdır cənnət-huri dilbərin.

Xoş məclislər qurub gözəl dost ilə, Yar mənə mey verdi, getdim süst ilə, Həmlə qıldı mənə yüz min qəsd ilə, Çaldı məni ilan-marı dilbərin.

Yanında qıldılar söhbəti, sazı, Çağırın, dinləyin şol dilnəvazı, «Asi qulum!» deyib gələr avazı Pərdə ilə bizə sarı dilbərin.

Ol dəm rüxsət verdi, girdim bağına, Ordan da üz tutdum hicran dağına, Yel dəyər, dağılar gül yanağına Ol qara zülfünün tarı dilbərin.

İsrafil sur çalsa yalan cahana, Can baxmaz yaxşıya, nə də yamana, Bir saatda qopar axır zamana, Əgər gələr olsa qəhri dilbərin.

Ürəyimdə yanan hicran közüdür, Ərkimə qoymayan yarın suzudur,

Qardaşı, qardaşı − yalnız özüdür, Heç yoxdur rəqibı, yarı dilbərin.

Hər kim onu sevsə, diridir, ölməz, Cahana özündən qeyri heç gəlməz. Yeməsi, içməsi, qərarı olmaz Mənzili, məkanı, darı dilbərin.

Aşiqlər yaş tökər çeşmindən giryan, Görüncə çərx vurar, dövr edər hər yan, Məxdumqulu, canım yolunda qurban, Diləsə canımı, veri dilbərin.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.