Əsas məzmuna keç

Heca şeiri

Narazı

Zəlimxan Yaqub

1

Neyləsin boz səhrada dəvəsi ölmüş ərəb? Kimi ölmüş dəvədən, kimi atdan narazı. Biri gözündə nisgil, biri gözündə giley, Tərs gələn, bəd gətirən bir saatdan narazı. Fələklərə əl açan yetişmir muradına, Olur göy üzündəki yeddi qatdan narazı. Fikri üst-üstə düşmür oğul ilə atanın, Zat əsildən narazı, əsil zatdan narazı. Dözə bilmir zamanın zərbəsinə, zülmünə, Çat ürəkdən narazı, ürək çatdan narazı. Barmaq ilə sayılır Allahından razılar, Hamı bir nəfər kimi bu həyatdan narazı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.