Əsas məzmuna keç

Heca şeiri

Narahat olma

Zəlimxan Yaqub

1

Səndə hünəri var yer ilə göyün, Adınla, eşqinlə fəxr elə, öyün. Arzuma çatıram, lap rahat döyün, Ay ana ürəyi, narahat olma!

Göylər də əyilib üzündən öpər, Ulduzlar nurunu üstümə səpər. Gözümdə işıq var, qəlbimdə təpər, Narahat olma!

Azmaram qoynunda dumanın, çənin, Üstümdə gözü var ana Vətənin. Qəlbim də, ruhum da sənindir, sənin, Narahat olma!

Əriyib piltəyə can verən yağam, Ümid çırağını yandıracağam, Narahat olma!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.