Əsas məzmuna keç

Qoşma

Namus-arıma

Məxdumqulu Fəraqi

1

Fələk qərardan düşüb, fəda olmuş zarıma, Bir əcaib ziba pəri, girmiş eşq bazarıma.

Hər görənlər xiridardır, şahü gəda həm qulu, Mərdü namərd, həm də nakəs söz yetirər yarıma.

Qıla bilmən pünhan onu, dözməyir aciz könül, Gər aşikar qılsam üzün, görən düşər qəhrimə.

Əsli behişt sünbülüdür gül üzündə zülfləri, İrəm içrə bitən narlar oxşamaz bu narıma.

Gələn dərdini mən alıb, hular çəkibən gəzərəm, Loğman gəlib, göz gəzdirib, çarə qılmaz azarıma.

Der Fəraqi, mərd mənəm, aşkar elə mərdliyim, Diri getməz qaşlarımdan dəyən namus-arıma.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.