Nahaq yerə işıq gəzmə paxırda
Parıltısı göz aldadan dünyamız, Adilərdən lap adiyə dönərmiş. Gur çayların quruyanda yatağı, Talan olmuş bir vadiyə dönərmiş.
Nahaq yerə işıq gəzmə paxırda, Dərd insanı yandırır da, yaxır da. Hər şairin bir günü var, axırda Ya Sabirə, ya Hadiyə dönərmiş.
Ağlayanlar gözyaşında çimsələr, O yaşları kim duruldar, kim silər. Saraylarda Vaqif olan kimsələr, Komalarda Vidadiyə dönərmiş.
2008, 13 mart Almaniya, Münhen ürək xəstəxanası