Əsas məzmuna keç

Heca şeiri

Müxəmməs

Zəlimxan Yaqub

1

Bizə gedək, söhbət edək, Özgə yer arama, gözəl. Hər sözünü üzümə de, Danışma qarama, gözəl. Halaldan istə mətləbi, Əl vurma harama, gözəl. Nə olsun rəngim qaradır, Gəl gülmə qarama, gözəl.

Göy çəməndə ömür sürək, Çiçək olsan, arın olum. Dünya varı lazım deyil, Təkcə sənin yarın olum. Sənsiz açılmaz baharım, Sarımaz barama, gözəl.

Sözlərinə heyran olum, Danış, dilin lal olmasın. Dodaqların olan yerdə Olmur, heç də bal olmasın. Zəlimxanı çox incitmə, Dərd ürəkdə xal olmasın. Bircə kəlmə acı sözün Duz səpər yarama, gözəl.

1972, 24 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.