Müshəfi-natiqəm, kəlam oldum
Müshəfi-natiqəm, kəlam oldum, Bəndeyi-favü zadü lam oldum.
Sübh əzəldə çü üzünü gördüm, Əbədi zülfün ilə şam oldum.
Padşahi-cahan mənəm, çünkim Məhv edib mənliyi, qulam oldum.
Ərş təxtimdürür, Süleymanam, Hüdhüdəm, Bülqisə pəyam oldum.
Zati-mütləq vücudum oldu yəqin, Seydi-Simurğa danə, dam oldum.
Nərgisin çeşmini xumar edəli, Məsti-gülrəngü qönçəfam oldum.
Ləblərindən həyati-ləmyəzəli Içəli səlsəbilü cam oldum.
Sübhdəmdə nəsimi-sübhi-nigar, Iribəm aşiqə salam oldum.
Nəfəsimdən müəttər afaqı Qılıb ənfüsdə xoşməşam oldum.
Çərxin ağazın anladır bu sözüm, Saz, ədvar ilə məqam oldum.
Binişan sirrini əyan edirəm, Kəndözilə çü sübhü şam oldum:
______________________Milli Kitabxana_______________________
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
Fəzli-həqqin irişdi dövranı, Zahir etdi rümuzi-Qur’anı.
Kirpigi, qaşı ilə zülfündən, Kəşf edər sirri-razi-sübhani.
Həqqi qıldı müşahidə təhqiq, Kim ki, bildi bəvəchi-insani,
Xızr olub içdi abi-ləmyəzəli, Buldu xəttində abi-heyvani.
Ağzı bir nöqtədir, rümuzu anın Göstərir xatəmi-Süleymanı.
Neçə xət əhlini qubar edənin, Nəsx olundu xətində reyhanı.
Bu səadət topunu ol çaldı Ki, şəhadətlə buldu meydanı.
Vüslətə ulaşıb bəqa bulasan, Gər qılırsan bu tərkibi fani.
Ruhi-qüds oldu nitqim əşyada, Tərh qıldım arada cismani.
Vəchi-Adəm ki, ərşi-rəhmandır, Gözlərim anda gördü subhanı.
Ləbi-lə’lin xəyalına hərdəm Tökdü çeşmim bu lə’lü mərcani:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
______________________Milli Kitabxana_______________________
Çünki mən binəvayi-qəllaşam, Meykədə içrə rindü ovbaşam.
Məzhərəm, məzhər ilə bir zatam, Görünən nəqş içində nəqqaşam.
Sirr ənəlhəq rümuzunu hərdəm Söylərəm aşikara sirfaşam.
Sufi, gəlgil şərabi-saf içəlim, Meyi tövhid içində sərxoşam.
Nitqi-həqqəm, məra çe pəndari? Bu ənasirlə gör içü taşam.
Fələkü asimanü həft zəmin, Həm kitab içrə, həm quru, yaşam.
Mənsiz olmaz cahanda əşya çun, Gərçi kuhü və gərçi xaşxaşam.
Zülfü hüsnün həvasilə hərdəm, Sübh-dəmdə nəsimi-fərraşam.
Ləbü dəndanının xəyalına, Nəzər eylə ki, lə’lü dürpaşam.
Yekcəhət gəştəm əz rəhi-eşqət, Gərçi dər pişi-xəlq qəllaşam.
Masəvəllahdan əl çəkib indi, Eşqin ilə həmişə yoldaşam:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
Dağıdanda üzünə zülfünü yar, Yeridir, aşiqin məlahəti var.
______________________Milli Kitabxana_______________________
Məst olanda ləbində əşya həm, Nərgisin gözləri olur xummar.
Bustan cənnət oldu hüsnündən, Əndəlib gülə qarşı ağlar zar.
Vəchi-adəmdə otuz iki odu, Musiyə söylədi ənəllah nar.
Mərkəzi-xakə qıldı cümlə sücud, Fələkü həm mələk, bu həft səyyar.
Ta ki, şəmsi-məşariq əz məğrib, Doğuban nurun eylədi izhar.
Endi Isa və nitqi eylədi faş, Oldu cahil, kim eylədi inkar.
Çeşmi-məstin əzəldə görmüş idim, Əbədi olmazam dəxi huşyar.
Buldu zülfün həvasilə şəbi-tar, Doldu hüsnün ziyası ilə nəhar.
Kafü nun mövcü daşdı mövcündən, Şeş cəhətdən çü gəldi xoş göftar.
Həmə çun məsti-vacibül-mövcud, Görünür dürlü-dürlü ol əsrar:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
Eşqi-həq irdi mütrib ilə çü saz, Nəğmeyi-Davud ilə gəldim baz.
Kənzi-məxfi tilismin eylədi çak, Görəli mürği-dil qılır pərvaz.
______________________Milli Kitabxana_______________________
Sirri-həqqin rümuzu oldu bəyan, Dari-Mənsur gəldi aşiqə baz.
Vəchi-adəm sifati-həqdir çün, Nitqi həq gəldi, həm qılır ağaz.
Hər kim istər məqami-Mahmudi, Fəzl eşigində olsun ol Ayaz.
Əvvəlü axırü zahirü batin, Cümlə oldur şəriki-biənbaz.
Xəttü xalın bəyanı həqdəndir, Göstərər dəmbədəm bu eşqi-məcaz.
Geydi insan donunu əşya çün, Yerdə, göydə bu cümlə şibü fəraz.
Gün üzün pərtövündən oldu zühur, Gecə zülfündən ötrü oldu diraz.
Həqq imiş nitqi-həq çü irdi bü gün, Canü dildən qulağıma avaz:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
Getdi firqət, irişdi eyni-vüsal, Qalmadı zərrəcə könüldə xəyal.
Zülmət içrə həyatı çün buldum, Zülfü hüsnün ləbində abi-zülal.
Abi-heyvana lə’lini təşbeh Eyləyənlər zəhi xəyali-məhal.
Cənnətü səlsəbilü hurü qüsur Vəchini həq bilənə oldu həlal.
______________________Milli Kitabxana_______________________
Həqqə ulaş, arif ol, arif, Mən-ərəf sirrini bilən bu kamal.
Sə ’y kon dər cahan kamil baş Kim, irişməz kamalə zərrə zaval.
Əhli-tövhid irişdi vəhdətə çün, Qaldı şirkətdə div şeylə məlal.
Divə hüsnündən olmadı həsənat, Səyyiat oldu qıldığı ə’mal.
Laməkan oldu adın əşyada, Binişan rəngü lövnü biəmsal.
Vəchi-adəm sifati-eynüllah, Otuz iki ülayikəl-əbdal.
Liməallah məqami-vəhdətdir, Əhli-kəsrət nə bilsin anı nə hal:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
Aşiqə vəchi-zati-paki-xuda Oldu mə’şuq üzündə ol peyda.
Lövhi-məhfuz imiş üzün, dü cahan, Görünür misli-cami-giy tinüma.
Qabü qövseyn üzrə çün zülfün, Şəqq edər vəchini çü bədr dü ca.
Sünbülün bürqəyini badi-səhər Salalı günəş oldu sanki Süha.
Xətü xalın kitabını məstur, Yazdılar rəqq Turi-Musiliqa.
______________________Milli Kitabxana_______________________
Gəldi Mehdi, hidayət etdi Məsih, Nitqə gəldi fəsih zəminü səra.
Vəchi-adəmdən özgəyə cümlə Limənil-mülk vəhdətinə fəna.
Xızr olub, iç bu abi-heyvani, Lamü beydən irişdi cami-xuda.
Zülfünün zülmətində qalmış ikən, Doğdu hüsnü, göründü şəmsi-züha.
Fani et mənliyi, Nəsimi, bu gün Ki, bulasan vüsali-eynə bəqa:
Çün göründü gözümə ol dildar, K’andan özgə cahanda yox dəyyar.
______________________Milli Kitabxana_______________________
Lüğət: Müshəf – Kitab; Seyd – Ov; Dam – Tələ; Çeşm – Göz; Ləmyəzəl – Əbədi, ölməz; Ədvar – Dövrlər; Dəyyar – Sakin; Rümuz – Rəmzlər S; Xatəm – Möhür, möhürlü üzük; Son; Qubar – Toz; Bəqa – Baqilik; Rind – Qayğısız, şən həyat sürən adam; Şərabi – nab – Saf şərab; Tövhid – Birlik; Nar – Od; Ziya – Parıltı; Mövc – Dalğa; Əsrar – Sirlər; Kənz – Xəzinə; Mürğ – Quş; Dil – Ürək; Pərva – Qorxu; Diraz – Uzun; Zəhi – Afərin; Səyyiat – Günahlar; Laməkan – Məkansız; Cami – müsəffa – Saf şərab; Məstur – Gizli; Hidayət – Doğru yolda rəhbərlik