Əsas məzmuna keç

Qoşma

Muraz üstədi

Zəlimxan Yaqub

1

Zirvədən-zirvəyə atını çapan Cilovsuz küləklər muraz üstədi. Haraylı qayalar, havalı dağlar, Ətirli çiçəklər muraz üstədi.

Gözəllər Günəşin əlini sıxdı, Gülüşün sədası göylərə çıxdı. Bulud kişnərtisiz yaman darıxdı, Havada şimşəklər muraz üstədi.

Yazın sevgi çağı, oğlan vaxtıdır, Çəmən təbiətin yaşıl taxtıdır. Açılan lalə yox, insan baxtıdır, Döyünən ürəklər muraz üstədi.

1976, 2 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.