Əsas məzmuna keç

Qəsidə

Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar

Məhəmməd Füzuli

1

Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar, Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar.

Büq’eyi-Bağdadın etmiş künyətin Darüs-səlam Kim, ona təslimü təhsin edə hər kişvər ki, var.

Övliya bürci demiş vəsfin ki, xaki-əşrəfi Büq’ə-büq’ə övliya-üllahə olmuşdur məzar.

Həbbəza Bağdadi-xeyrəncam cəm’iyyətəsər Kim, olubdur məzhəri-asari-feyzi-kirdigar.

Həm xilafət hökmünü, həm səltənət fərmanını Bundan etmiş aləmə cari-müruri-ruzigar.

Bundadır baqi nişani-mö’cizi-xeyrül-bəşər, Taqi-kəsra, nüsxeyi-mülki-müluki-kamkar.

Bundan olmuş höccəti-hökmi-xilafət müntəvi, Bundadır xaki-xilafətxizi-xətmi-çar yar.

Bunda bağlamış qəza şəmşirini sultani-Rum, Bunda salmış sayeyi-iqbal Şahi-zülfüqar.

Bunda qılmış sirri-həqq zahir şəhidi-Kərbəla, Bundadır təhqiqi-sidqü kizb üçün darül-iyar.

Bunda olmuş müntəşir feyzi Imami-Ə’zəmin, Bunda olmuş bəhreyi-elmi-şəriət intişar.

Bundadır Mə’rufə sərmənzil, Cüneydə cilvəgah, Bundadır Bəhlulə zənciri-cünun, Mənsurə dar.

Dəştin etmiş seyr min Hatəm kimi səhranişin, Şəhrin etmiş təxt min Nuşirəvantək şəhriyar.

Bunda olmuş seyti-ehsanü kərəm afaqgir, Bundan olmuş mə’dələt rəsmi şiya’ü iştihar.

Səhni-səhrasında min Leyliyü Məcnun cilvəgər, Kuhsari üzrə min Şirinü Xosrov badəxar.

Hər qəribə nazənin şəhrü vilayati vətən, Hər mizacə mö’tədil abü həvasi sazikar.

Türbəti-məqbuli bərrü facirə tə’sirbəxş, Xaki-paki-surəti hər ziynətə ayinədar.

Bu mücərrəbdir ki, bulmaz zülm bunda imtidad, Bu müqərrərdir ki, olmaz bunda zalim payidar.

Gərçi bir qaç gün fələk xeyli-bəla tə’yin edib Qılmaq istərdi bu mülkün rəxti-eyşin tarümar,

Küfr müstəvli olub, qılmışdı islami zəbun, Cəhl istila bulub etmişdi əhli-elmi xar.

Tutdu dəsti-naleyi-məzlum dövran damənin, Saldı dudi-ahi-dil ayineyi-çərxə qübar.

Həddi-zati iqtidari-mavərayi-rəsmi-əql, Rəsmi-feyzi-fitrəti mafövqi-həddi-iqtidar.

Fevz gülzarında bir sərsəbz nəxli-barvər, Feyz dəryasında bir pakizə dürri-şahivar.

Hər nə kim, aləm ona möhtac, ol ondan qəni, Hər nə onunla təfaxür xəlqə, ondan ona ar.

Mülki-istiğnadə feyzi-ne’mətindən layəzal Xazini-gərdunə lazim səddi-babi-iftiqar.

Cilvəgahi-övci-iste’ladə vəhmindən müdam, Badipayi-xoşxürami çərxə bimi-e’tibar.

Padişahi-bəhrü bər Sultan Süleymani-vəli, Sərvəri-sahibnəzər, şahənşəhi-şəfqətşiar.

Ol nihali-gülşəni-dövlət ki, şaxi-gül kimi Lütfü qəhrindən verir əhbabə gül, ə’dayə xar.

Hər cəhətdən zati-paki nöqteyi-pərgari-mülk, Hasil onda hər tərəf yümni-yəmin, yüsri-yəsar.

Baniyi-hikmət ki, ərkani-ənasirdən müdam, Çar divari-sərayi-sən’ət eylər üstüvar.

Salmadan kuhi-şükuhindən onun səngi-əsas, Hər bina zimnində istehkamə qılmaz e’tibar.

Yeddi əxtər kim, qəza əmrin sərəncam etməgə Naqətək qüdrət biyabanında çəkmişlər qətar,

Qət’i-rahi-Kə’beyi-məqsud edərlərsə nola, Ol qəzahökmü qədərfərmanə vermişlər məhar.

Münqəte’dir dəhrdən əsrində tədbiri-ümur, Mürtəfe’dir çərxdən dövründə təklifi-mədar.

Faş söylərlər ki, biz mə’zuliz əmrü nəhydən, Hakim oldur, ondadır fərman, onundur ixtiyar.

Istəsə gərdun gəzib ruyi-zəmini şərqü qərb, Nüsrəti-islam içün bulmaz onuntək şəhriyar.

Şər’ hifzində ətəmmi-mö’cizati-Müstəfa, Din zühurində şəriki-əcri-əshabi-kibar.

Olmasa mümkün fəzayi-ərseyi-ədlində seyr, Zülm edərdi dari-dünya əhlinə dünyayi dar.

Həq iki adil Süleyman hakim etmiş aləmə, Əvvəlü axir qılıb sirri-ədalət aşikar,

Ol Süleymanın şükuhi divə salmış rəstəxiz, Bu Süleyman səvləti küffari etmiş xakisar.

Ol Süleymana məhəlli-əzmdə məhmil həva, Bu Süleymanə zəmani-rəzmdə məhkum nar.

Aləmin vəsfin Süleyman mülki derlərsə nola, Çün Süleymandan Süleymanə qalıbdır yadigar.

Almağa qiymət verib yerdən qübari-dərgəhin Çərx tədbiri-ticarət eyləmiş leylü nəhar.

Ayü gündən keyl edib, xəlqi tutub şahid verir, Nurini peymanə-peymanə, alır ondan iyar.

Billah, ey dövlət ki, dərgahında məhrəmsən onun, Düşsə firsət, halim ol dərgahə ərz et zinhar.

Qılmışam tərtib səhni-sidqə min dürri-səna, Bulmazam rüxsət ki, dərgahə qılam bir-bir nisar.

Məndən ol qafil, ona mən ruzü şəb əhli-dua, Məndən ol fariq, ona mən müttəsil ümmidvar.

Ya Rəb, olmaz olamı axir bu dərdi-iştiyaq, Ya Rəb, olmaz olamı zail bu rənci-intizar?

Buldu aləm feyzi-amindən ilaci-dərdi-dil, Haşalillah kim, qala ancaq Füzuli dilfigar.

Var ümidim kim, ona həm ola şamil mərhəmət, Am olur, əlbəttə, feyzi-sayeyi-pərvərdigar.

Ta mədari-gərdişi-gərdun bulub imkani-dövr, Dəftəri-dövran edə hifzi-hesabi-həftü çar.

Həft əxtər edə əmri-padişahə inqiyad, Çar ünsür ola təb’i-padişahə sazikar.

* * *

Lüğət: Təhsin – tərifləmək; Kişvər – ölkə, məmləkət; Xaki – tirə – qara torpaq; Əşrəf – çox şərəfli; Məzhər – bir şeyin zahid olduğu yer; Kirdigar – Allah; Müruri – ömr – ömrün keçməyi, sona çatmağı; Baqi – həmişəlik, qalan, daimi; Taqi – əbru – tağşəkilli qaş; Təhqiqi – sirri-hikməti-həqq – həqqin hikməti sirrinin doğruluğu; Kizb – yalan; Darül – əman – sığınacaq yeri; Zəmin – asiman – yer-göy; Cünun – dəlilik Ç; Dar – bina, ev; Dəşt – çöl, səhra; Seyt – şöhrət; Kuhsar – dağlıq yer; Xosrov – padşah, hökmdar; Badəxar – şərab içən; Mücərrəb – təcrübəli, sınaqdan çıxmış; Müqərrər – qərara alınmış; Payidar – davam edən, möhkəm; Xeyl – dəstə, tayfa; Rəxt – paltar; Eyşi – əbədi – əbədi işrət; Zəbun – düşkün, aciz, zəif; Əhli – raz – sirr əhli, sirdaş; Xar – çox möhkəm daş, mərmər daşı; Dəst – əl; Damən – ətək; Dudi – dil – ürək tüstüsü, ah; Dil – ürək; Qübar – toz, kədər; Nəxl – xurma ağacı, fidan; Təfaxür – fəxr etmək, öyünmək; Layəzal – zail olmayan, həmişəlik; Allah; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Badipay – külək ayaqlı, sürətlə gedən at; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Sərvər – başçı; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Səngi – cəfa – cəfa daşı; Əxtər – ulduz; Məhar – cilov; Dəhr – zaman, dünya, aləm; Faş – zahirə çıxmaq, məlum olmaq; Gərdun – dönən; fələk; dünya; Əshab – müsahiblər, həmsöhbətlər; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Dari – bəqa – axirət evi; Xakisar – toz-torpaq içində qalmış; pərişanhal; Məhmil – dəvənin üstündə iki adamlıq kəcavə; Rəzm – müharibə, dava; Leyl – gecə; Şahid – gözəl; şəhadət verən; Peymanə – böyük qədəh; Zinhar – saqın; Şəb – gecə; İştiyaq – şövq, həvəs; Rənc – zəhmət, ağrı, əziyyət; Gərd – toz; Təb – qızdırma

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.