Muğam qaşında
Dəhanımdan nar saçılar, Əfğandır muğam qaşında. Sözlərəm, sirrim açılar, Əyandır muğam qaşında.
Əyyam nə halətlər qıldı, Onca cana səbəb oldu, Yaxşı ötdü, yaman qaldı, Dövrandır muğam qaşında.
Nə azarlı qəhbə dünya, Hansı yerdə qoydu bina? Həzrəti Süleyman guya Qılmandır muğam qaşında.
Xan qalmadı xan yerində, Tən durmayır can yerində, İsadır Loğman yerində, Dərmandır muğam qaşında.
Qoca dağlar, qaldır başın, Tökmə gözdən qanlı yaşın, Mən olum həmrah-qardaşın, Peymandır muğam qaşında.
Rüstəmi-Zal gələn zaman, Verdin ona yüyrək köhlən, İqbalın son qıldın yaman, Fəğandır muğam qaşında.
Ulu Marı Şahi-Cahan Viran oldu, çəkir fəğan, Məxdumqulu, açsa dəhan, Zəbandır muğam qaşında.