Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir
Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir, Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir, Məni rüsvayi-aləm eyləyən ol zülfi-pürxəmdir, Verib taracə eşqin əqlimi, məşhuri-aləmdir, Dili-zarım əsiri-dərdi-eşqü möhnətü qəmdir.
Məni şad eyləməz, ey gül, baharü bustan sənsiz, Həram olsun mənə, ey dilrüba, eyşi-cahan sənsiz, Məhü xurşidə baxsam bir dəm olmam şadman sənsiz, Cəhənnəm məskənim olsun, behiştə gər rəvan sənsiz, Dönər hicrinlə könlüm qanə guya kim, cəhənnəmdir.
Məhi-gərdun deyil mehri-üzarın kimi rəxşəndə, Həqiqət, arizindəndir məhü xurşid şərməndə, Müəvvər arizində ol ərəqdirmi nümayəndə Və ya olmuş məh üzrə xuşeyi-Pərvin pərakəndə, Düşüb bərgi-gül üzrə yoxsa öylə iqdi-şəbnəmdir?
Müsəlsəl sünbülün kim, candadır yüz piçü tab ondan, Hifazi-mahidir kim, münkəsifdir afitab ondan, Məgər azərdi hicranın, olur aşiq kəbab ondan, Visalın kimyadır kim, dil olmaz kamiyab ondan, Dəhanın qönçeyi-sirab, ləlin sirri-mübhəmdir.
Mükəddərxatir olma çox da qəmdən, binəva Seyyid, Hərimi-vəsldən məhrum olan, ey mübtəla Seyyid, Mürüvvət qıl, nigarım, bunca çəksinmi bəla Seyyid, Verib yəğmayə əqlü huşunu bəxti qəra Seyyid, Dönüb Məcnunə eşqindən, cigərxun, didə pürnəmdir.