Əsas məzmuna keç

Müəmma

Müəmmalar

Məhəmməd Füzuli

1

l.İmam ismində.

İstədi məndən nisari-müjdeyi-təşrif yar, Gövhəri-ixlas xaki-payinə qıldım nisar.

2. Həmzə.

Xalini ta zülf pünhan etdi piçü tab ilə, Kiprigim məhv etdi göz mərdümlərin seylab ilə.

3. Solam.

Çün qəmi-pünhanım isbatində ahimdir güvah, Dustlar, eyb eyləmin gər aşikar eylərsəm ah.

4. Dara.

Yandırar hər dəm dili-rişi iraqdan bir xəyal, Vay, əgər ol şəm' ilə qılsa dili-riş ittisal.

5. Əsəd.

Nəçük ki, rabətiçün qu yatur yuvasında, Dili-şikəstə yatur oxların arasında.

6. Mö'min.

Dövrdən aləmdə kimdir bulmayan təğyiri-hal? Ol ki, hər dəm edə bir həmcinsi ilə ittisal.

7. Mustafa.

Kimə tövfiq rəfiq olsa olur müşkülü həll, Məqsədindən biri olmaz ki, ona yetməsə əl.

8. Həmzə.

Artırır yüz şövq hər dəm aşiqi-bimarinə, Qəddin eylər cilvə gər zülfün salır rüxsarinə.

9. Sadiq.

Ahimin, ey məh, eşit övsafını, Firqətindən dutdu göy ətrafım.

10. Möhsün.

Əyağ aldıqca alə möhtəsib eylərsə yasaq, Möhtəsib başına axır sınacaqdır bu əyaq.

11. Qiyas.

Yenə bir mahvəşin hüsnünə meyl etmiş dil, Gün kimi surəti-bimislinə olmuş nail.

12. Şah.

Ta gözüm mərdümləri seyd etdi rəngi-al ilə, Sadə rüxsari müzəyyən oldu mişkin xal ilə.

13.Qərib.

Səri-zülfün əgər qılsan məhi-rüxsarinə ziyvər, Könül məhrum olur mahi-rüxün görməkdən, ey dilbər!

14. Bəha.

Mövsimi-güldür, diriğa, guçeyi-gülzar yox, Guşeyi-gülzar həm olsa, münasib yar yox.

15. Həsən.

Dürfəşan gözdə nəmi-əşkdən, ey lalə'üzar! Görəli mehri-rüxün varı yox oldu, yoxu var.

16. Uluğbək.

Daği-dil çün dərd dəf in eylər, ey can, müttəsil, Xoşdur ol kim, ola hər yan binihayət daği-dil.

17. Qayabək.

Necə bir batsın bəla peykanı bağrım qanına. Necə bir tiksın məm dilbər oxu peykanına.

18. Xurşİd.

Cövr rəsmin yenə ol mahvəş İzhar etdi, Dili-nalanımızı dərdə giriftar etdi.

19. Müslim.

Müşəvvəş olmasın şanə üzülsə zülfünün tarı, Peşimanmı olur azad edən yüz min giriftarı?

20. Övliya.

Çeşmi-nəmnakım görəndən bərlü ol mahın yüzün, Daneyi-xalinə mənzil görmədi illa özün.

21.Əhli.

Olduğiçün qibleyi-hacət onun xaki-dəri, Xaki-dərgahinə eylər meyl mahü müştəri.

22. Talib.

Qıldıqca fələk əsiri-hicran könlü, Şad eylər ümidi-vəsli-canan könlü.

Ümmidi-vüsali-yar ilə cəm' edərəm Hər necə fələk qılsa pərişan könlü.

23. Əman.

Sərvə su rövnəq verər, incitmə, ey sərvi-rəvan! Xaki-rahin üzrə tutsa qətreyi-əşkim məkan.

24. Sultan.

Həsrəti-rüxsarın ox urmuş səmən qəlbinə çox, Ərz qıl rüxsarını, çıxsın səmən qəlbindən ox.

25. Seydi.

Zikri-yar ilə dil bolur aram, Xoş olur sinə yadı ilə müdam.

26. Mühyi.

Mühitı-eşqə qəvvas olalı can, Özünü eylədi xak ilə yeksan.

27. Xeləf.

Gərçi qıldın cana cövri-bihədi, Səndən, ey xurşid, yüz döndərmədi.

28. Aləm.

Təl'ətin rövşən edər hər gecə şəm'in gözünü, Yandırar, görüncək (ol) mahi-rüxün, şəm' özünü.

29. Müttəqi.

Düri-əşkim bulalı xaki-rəhinlə imtizac, Buldu çün qiymət, qılır, əlbəttə, anı başı tac.

30. Budaq.

Eyləyib bülbülləri dərhəm, nihan eylər gülü, Qaliba badi-səba aşüftə istər bülbülü.

31.Davud.

Gül yaxasın çak edib hər ləhzə badi-sübhdəm, Aqibət andan sınar bülbül kimi gül könlü həm.

32. Ğeybi.

Aşiqi-bisərü pa yaşını eylərdi rəvan, Buldu təskini-dil anı görüb ol sərvi-rəvan.

33. Fərrux.

Xəttin ləbi-lə'lin üzrə məskən qılmış, Tuti şəkəristanı nişimən qılmış.

34. Əmir.

Vəhm edüb peyvəstə ahimdən rüxün eylər nihan, Anın üçün ot dəhanü zülfdən bulman nişan.

35. Adəm.

Möhnətsərayi-sinəmə gəldikcə müttəsil, Bəzl eylərəm xədənginə hər ləhzə xuni-dil.

36. Nuri.

Nəqqaşi-çərx kilki-şüa ilə sübhdəm Gün səfhəsinə qıldı yüzün nəqşini rəqəm.

37. Şeyxim.

Nəziri-mah demişlər məhim rüxinə əvam, Rəvamıdır ki, verərlər ona şikəsti-təmam.

38. Ubeyd.

Görsə qalmış ol sinəm rüxsarəsi üstündə xal, Seyd olur billah, səba, ərz et nihan etsin cəmal.

39. Paşa.

Görəli xaki-dərin, aşiq açub çeşmi-tərin, Axır ol xaki-dərə tökdü olunca gühərin.

40. Məqsud.

Zaman-zaman ruxun ol mahvəş ki, ərz qılır, Mudam zülfünü üzdən alıb əyağə salır.

Lüğət: Yar – yoldaş, dost; sevgili; Xaki – kəfi-payı sürməyi-nur - ayağının torpağı hurilərin gö- zünə sürmə idi; Pünhan – gizli; Güvah – şahid; Dəm – qan; nəfəs; ah; söhbət; Riş – yara, saqqal; Əsəd – şir; Rəfiq – yoldaş; Dil – ürək; Seyd – ov, şikar; Rüxsar – yanaq S; Müzəyyən – zinətli, bəzəkli; Mişkin – xoş qoxulu, qara rəngli; Qərib – yaxın; Məhi – asimani-həşmət - əzəmət göylərinin ayı; Mahi – taban - parlaq ay; Diriğa – heyf, çox təəssüf; Daği – dil - ürək dağı; Can – ruh, bədən; Peykan – oxun ucundakı dəmir; tikan; Xurşid – günəş; Giriftar – tutulmuş; Müşəvvəş – təşvişçi; Çeşm – göz; Əhli – raz - sirr əhli, sirdaş; Müştəri – Yupiter planeti; Sərvi – riyazi-möhnətü dərd - dərd və qəm bağçasının sərvi; Rəvan – gedən, axan ruh; Qəvvas – üzgüçü, dalğıc; Yeksan – bərabər; Bihəd – hədsiz; Rövşən – işıqlı, aydın; Dərhəm – qarmaqarışıq; Nihan – gizli; Aşüftə – məftun, vurğun; Fərrux – uğurlu; Nişimən – oturacaq yer, məclis; Vəhm – qorxu; tərəddüd; Peyvəstə – arası kəsilmədən; Dəhan – ağız; Bəzl – bağışlamaq; Kilki – təqdir - qəzanın qələmi; Mah – ay

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.