Əsas məzmuna keç

Gəraylı

Mübarək

Zəlimxan Yaqub

1

Yağdır nurunu üstümə, Dan yeri, üzün mübarək. Gecikmə, açıl, ey səhər, Gələn gündüzün mübarək.

İşığını qəlbimə saç, Gözə nur ol, qəlbə əlac. Ey sabahım, gözümü aç, Açılan gözün mübarək.

Çıxaq ömrün səfərinə, Gedək eşqin şəhərinə. Bir şairin dəftərinə, Yazılan sözün mübarək.

2000, 31 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.