Möhtac eyləmə
Qadir cabbar, səndən diləyim budur, Sən məni namərdə möhtac eyləmə. Xəzinəndə vergil mənim rizqimi, Bəndəni bəndənə möhtac eyləmə.
Qoyma azam doğru yoldan əyriyə, Qoyma əyri üstün gələ doğruya, Ər malını nəsib etmə oğruya, Halalı harama möhtac eyləmə.
Namərd körpüsündən ölsəm keçmərəm, Karvan olsam, halal işdən qaçmaram, Əlindən bir kasa şərab içmərəm, Sağ əli sol ələ möhtac eyləmə.
Səndən yaxşı niyyət, diləyim çoxdur, Acı sözlər dildən çıxan bir oxdur, Qardaşın qardaşa bahası yoxdur, Böyüyü kiçiyə möhtac eyləmə.
Məxdumqulu, haqdan dilə varını, Dilər olsan, dilə öz imanını, Abad eylə iki gözüm nurunu, Sağ gözü sol gözə möhtac eyləmə.