Əsas məzmuna keç

Qoşma

Möhlət Müslümova

Zəlimxan Yaqub

1

O pərdələr, o barmaqlar, o simlər, Gah dirildir, gah öldürür Möhləti. Bu dünyanın harasında dil açsa, Səs tanıdır, tar bildirir Möhləti.

Fəryadımız, ah-zarımız tardadı, Hər ağrımız, azarımız tardadı. Beşiyimi, məzarımız tardadı, Gah ağladır, gah güldürür Möhləti.

Ruhdan gəlir halal sevgi, məhəbbət, Yaddan çıxmır nə ayrılıq, nə həsrət. Allahdandı bu ucalıq, bu şöhrət, İndi bildim kim qaldırır Möhləti.

2010, 30 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.