Əsas məzmuna keç

Heca şeiri

Möhkəm adam

Zəlimxan Yaqub

1

Üstünə dalğa-dalğa dərd axdı, qəm yeridi, Yanağa göz yaşları, kirpiyə nəm yeridi. Hər zülmün arxasınca, zülm, sitəm yeridi, O dözdü, o dayandı, köklü bir qaya kimi.

Zaman onu sıxsa da, o, özünü sıxmadı, Öz yükünü özgənin kürəyinə yıxmadı. Öz içində qaynadı, heç təbindən çıxmadı, Dərdi gedib çıxsa da, ulduza, Aya kimi.

Canında qəm qovurdu, gözündə yaş ətridi, Qoca dəyirman kimi bağrında daş əritdi. Yıxılmazdı, vaxt onu, yavaş-yavaş əritdi, Dünyatək cavan idi, qocaldı dünya kimi.

2002, 17 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.