Əsas məzmuna keç

Heca şeiri

Min şükür

Zəlimxan Yaqub

1

Könlümün qubarına, Əlimin qabarına, Ruhumun, nəfəsimin Söz adlı nübarına Bu odu, bu nəfəsi Verdiyinə min şükür.

Sığalladı tül kimi, Oxşadı könül kimi. Qoxladı çiçək kimi, Dərdi zərif gül kimi. Nə yaxşı çiçək oldum, Dərdiyinə min şükür.

Yaradan dağa baxdı, Dumanı, çəni gördü. Boylandı gen düzlərə, Yamyaşıl zəmilərdə Sünbülü, dəni gördü. Eşitmək istəyəndə Bir şairin səsini Birinci mənə baxdı, Birinci məni gördü. Şükür dedim, Allahım, Gördüyünə min şükür.

2006, 17 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.