Əsas məzmuna keç

Qoşabeyt

Məzar daşları

Zəlimxan Yaqub

2

Ağrıya heykəldi, dərdə abidə, Bu ağrı daşları, azar daşları.

Yazda yağış döyər, qışda qar basar, Pozar naxışları, pozar daşları.

Hər gələn oxuyar adı, soyadı, Hərə bir tərəfə yozar daşları.

Zaman itirsə də tozanağında, Ustalar vurhavur yazar daşları.

Daşyonan qiyməti bahalaşdırıb, Həmişə dəbdədi bazar daşları.

Ömrün son ünvanı, son nişangahı, Baxar bir-birinə məzar daşları.

2005, 26 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.