Əsas məzmuna keç

Deyişmə

Məxdumqulu – Zünubi

Məxdumqulu Fəraqi·Zünubi

1

- Ol nə gövhər, nədir onun bəyanı, Ya müəllim, bizə bundan xəbər ver. Nə sandıqdır onun mənzil-məkanı, Ustad olsan, bizə bundan xəbər ver.

- İman gövhər, oldu onun bəyanı, Ustad qılsan, bizdən xəbər böylədir: Könül sandığıdır mənzil-məkanı, Bizi ustad bilsən, xəbər böylədir.

- Nə tavusdur onun olsun bəyanı, Hansı mənzil idi onun məkanı? Ol nə ustad idi, nədir dükanı? Ustad olsan, bizə bundan xəbər ver.

- Rəsul nuri-tavus, oldu bəyanı, Şəcərətil-yəqin idi məkanı, Qadir Allah ustad − qüdrət dükanı, Bizi ustad bilsən, xəbər böylədir.

- Neçə əyyam həmin mənzildə oldu? Fəhm eyləyib sözlə, neçə iş qıldı? Beş vaxt namaz əsli nə beşdən qaldı? Ustad olsan, bizə bundan xəbər ver.

- Yetmiş min il həmin mənzildə qaldı, Miratil-həyaqa bir nəzər saldı, Öz surətin görüb, beş səcdə qıldı, Ustad bilsən, bizdən xəbər böylədir.

- Neçə məbud bir məbuddan basıldı? Hansı isbat oldu, hansı lə oldu? İslam dini nədən qüvvətli gəldi? Ustad olsan, bizə bundan xəbər ver.

- «La ilahə illəllah» tək yazıldı, Üç yüz altmış sənəm Kəbədə oldu, İslam dini sonra qüvvətli gəldi, Bizi ustad bilsən, xəbər böylədir.

- Ol nə dərya, ona girən çıxmayar? Nə mənzərdir nəzər-haqqın mehri var? Fəhmi-şumar ilə qılıb ixtiyar, Ustad olsan, bizə bundan xəbər ver.

- Ant bir dərya, girsə çıxmaz hər bəndə, Nəzərgah var hər möminin könlündə, Üç yüz altmış nəzər eylər haqq gündə, Bizi ustad bilsən, xəbər böylədir.

- Ol nə bağdır, onda meyvə tapılmaz? Nə buluddır, onun varanı olmaz? Nə zülmətdir, qəmər şöləsin salmaz? Ustad olsan, bizə bundan xəbər ver.

- Amalsız alimlər bağdır səmərsiz, Yağmaz bulud — asilərdir xəbərsiz, Küffar əhli bir zülmətdir qəmərsiz, Bizi ustad bilsən, xəbər böylədir.

- Nə yerdən qıldı haqq adamın başın? Nə mənzil xakindən eylədi dişin? Nə yerdən eylədi bu könül xoşun? Ustad olsan, bizə bundan xəbər ver.

- Beytül-müqəddəsdən qıldı başını, Kövsər toprağından qıldı dişini, Firdövsin xakindən könül xoşunu, Bizi ustad bilsən, xəbər böylədir.

- Ayaqları bir-bir əyan eyləgil. Sümükləri bir-bir bəyan eyləgil. Çeşmini nə yerdən, bəyanın degil, Ustad olsan, bizə bundan xəbər ver.

- Ayaqları Hindistandan eylədi, Sümükləri Dağıstandan eylədi, Çeşmin hovuz ol bostandan eylədi, Bizi ustad bilsən, xəbər böylədir.

- Mübarək camalı, bil, nədən oldu? Qollarının xakin nə yerdən aldı? Bəyan eylə, dilin nə yerdən qıldı? Ustad olsan, bizə bundan xəbər ver.

- Cənnət toprağından qıldı camalın, Sağ əlin Kəbədən, farsdan solun, Taıf toprağından şirin zəbanın, Bizi ustad bilsən, xəbər böylədir.

- Nə hoqqadır, nə bərrədir çaharı? Nə bülbüldür, nə əjdərdir, nə börü? Nə çobandır, baxar leylü nəharı? Ustad olsan, bizə bundan xəbər ver.

- Könül hoqqasında bərrə imandır, Nəfsin əjdəhadır, börü, şeytandır, Taətin bülbüldür, ağlın çobandır, Bizi ustad bilsən, xəbər böylədir.

- Nə günəşdır hesabını biləli? Neçə ildir gözdən nihan olalı? Necə sirdir sizdən xəbər alalı? Məxdumqulu, bizə bundan xəbər ver.

- Rəsul gündür, hesabını tutalı, Min iki yüz on bir ildir yatalı, Əcəl körpü, gəl, didara ötəli, Zünubi der, bizdən xəbər böylədir

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.