Məxdumqulu – Oraz xan
- Bizdən salam olsun, ol Oraz xana! Taxt ustündə kimdir rəvac oturmuş? Qırx kasa mey quyub qızıldan cama, Ol kimsədir varın başa götürmiş?!
- Bizdən salam olsun ustad Firağa, Süleyman ərk-taxta rəvac oturmuş! Bilqeys qoyub, qırx kasa mey ol cama , Ərənlər yığılıb başa götürmiş
- Nə aşiqdır, ağlar, gözdə yaşı yox, Nə gövdədir çiyni üstdə başı yox, Ol nə gözdür, kirpiyi yox, qaşı yox, Gözlülərdən yaxşı nərsələr görmiş?!
- Məşrəb ağlar, gözlərində yaşı yox, Ol zəmindir, gövdəsi var, başı yox, Afitabdır kirpiyi yox, qaşı yox, Cahana dolanar, çox nərsə görmüş.
- Ol nə quşdur, qanadsız da uçadır, Ol nə saldır, ümmanlardan keçədir, Ol nə kişi, yeddi dərya içədir, Səkkizi gözləyib, məstana varmış?!
- Cansız quşlar qanadsız da uçarmış, Dəniz üzüb, ümmanlardan keçərmiş, Yürüməz, canı yox, gör, su içərmiş, Birin alsa, səkkiz məstana varmış.