Əsas məzmuna keç

Sərbəst şeir

Məsləhət

Zəlimxan Yaqub

1

Dərmana ümid olma, Həkimə bel bağlama. Bir yerin ağrıyantək Uşaq kimi ağlama. Özün ol həkimin, Özün ol dərmanın. Qorxma ölməyəcəksən, Tanrıdan gəlməsə fərmanın. Bir az əlli tərpən, Bir az əməlli tərpən. Əzrayılı yolundan saxla, Əcəli ləngit, Ölümü qabaqla!

Yalta, 2010, 26 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.