Əsas məzmuna keç

Qəsidə

Mərsiyə dər həqqi-xamisi-ali-əba həzrəti-seyyidüş-şühəda

Məhəmməd Füzuli

1

MƏRSIYƏ DƏR HƏQQİ-XAMİSİ-ALİ-ƏBA HƏZRƏTİ-SEYYİDÜŞ-ŞÜHƏDA

Mahi-məhərrəm oldu şəfəqdən çıxıb hilal, Qılmış əza, töküb yüzə xun birlə əşki-al. Övladi-Müstəfayə mədəd qılmamış Fərat, Keçirməsinmi yerlərə anı bu infi’al. Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla, Əlbəttə çox hekayət olur mövcibi-məlal. Ibrətlə bax, qəmi-şühəda şərhin etməyə Hər səbzə Kərbəladə açıbdır zəbani-hal. Təcdidi-matəmi-şühəda qıldı ruzigar, Zar ağla, ey könül, bugün olduqca ehtimal. Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl, Gərduni-duni guneyi-matəm siyah qıl.

Mahi-məhərrəm oldu, məsərrət həramdır, Matəm bugün şəriətə bir ehtiramdır. Təcdidi-matəmi-şühəda nəf’siz degil, Qəflətsərayi-dəhrdə tənbihi-amdır. Qovğayi-Kərbəla xəbərin səhl sanma kim, Nəğzi-vəfayi-dəhrə dəlili-təmamdır. Hər zərrə əşk kim, tökülür zikri-Alilə, Səyyareyi-sipehri-ülüvvi-məqamdır. Hər məddi-ah kim, çəkilir Əhli-beyt üçün, Miftahi-rövzeyi-dəri-Darüs-səlamdır. Şad olmasın bu vaqiədə şad olan könül, Bir dəm bəlavü qüssədən azad olan könül.

Tədbiri-qətli-Ali-Əba qıldın, ey fələk, Fikri-qələt, xəyali-xəta qıldın, ey fələk. Bərqi-səhabi-hadisədən tiğlər çəkib, Bir-bir həvaleyi-şühəda qıldın, ey fələk. Ismət hərəmsərasinə hörmət rəva ikən, Pamali-xəsmi-bisərü pa qıldın, ey fələk. Səhrayi-Kərbəladə olan təşnələblərə Rigi-rəvani seyli-bəla qıldın, ey fələk.

Təxfifi-qədri-şər’dən əndişə qılmadın, Övladi-Müstəfayə cəfa qıldın, ey fələk. Bir rəhm qılmadın cigəri qan olanlara, Qürbətdə ruzigari pərişan olanlara.

Basdıqda Kərbəlayə qədəm şahi-Kərbəla, Oldu nişani-tiri-sitəm şahi-Kərbəla. Düşmən oxuna qeyr sipər görməyib rəva, Yaxmışdı canə daği-ələm şahi-Kərbəla. Dudi-dili-püratəşi əhli-nəzarədən Etmişdi pərdədari-hərəm şahi-Kərbəla. Olduqca ömrü rahəti-dil görməyib dəmi, Olmuş həmişə həmdəmi-qəm şahi-Kərbəla. Ə’da müqabilində çəkəndə səfi-sipah, Qılmışdı məddi-ahi ələm şahi-Kərbəla. Ya şahi-Kərbəla, nə rəva bunca qəm sənə, Dərdi-dəmadəmü ələmi-dəmbədəm sənə.

Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn, Vey Kərbəla bəlalərinə mübtəla Hüseyn. Qəm parə-parə bağrını yandırdı dağilə, Ey laleyi-hədiqəyi-Ali-Əba Hüseyn. Tiği-cəfa ilə bədənin oldu çak-çak, Ey bustani-səbzeyi-tiği-cəfa Hüseyn. Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr, Ey şəm’i-bəzmi-bargəhi-kibriya Hüseyn. Dövri-fələk içirdi sənə kasə-kasə qan, Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn. Yad et, Füzuli, Ali-Əba halin, eylə ah Kim, bərqi-ahilə yaxılır xərməni-günah.

Lüğət: Dər – qapı; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Mahi – taban – parlaq ay; Hilal – yeni çıxmış ay; Xun – qan; Zəban – dil; Zar – sızıldayan, ağlar, zəif; Çərxi – çənbəri – dairəvi səma; Dudi – dil – ürək tüstüsü, ah; Gərdun – dönən; fələk; dünya; Siyah – ruzigar – qara günlü; Məsərrət – şadlıq, şənlik; Dəhr – zaman, dünya, aləm; Dəlili – zilləti-üsyandır təərrüzi-hal – vəziyyətə etiraz üsyan zəlilliyinə dəlildir; Əşk – göz yaşı; Sipehr – göy, səma; Əhli – raz – sirr əhli, sirdaş; Beyt – ev; şerin iki misrası; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Bərq – şimşək; Pamal – ayaq altında qalmış; Xəsm – düşmən; Rəvan – gedən; axan; ruh; Seyl – sel; Təxfif – yüngülləşdirmək; Qədr – dəyər, qiymət, məziyyət; Əndişə – fikir, xəyal; Qürbət – yaxın olmaq L; Sitəm – zülm – əziyyət; Daği – dil – ürək dağı; Dili – tirə – qaranlıq könül, tutqun könül; Dil – ürək; Dəmi – sərd – soyuq ah; Sipah – qoşun; Hərarəti – mehr – günəşin hərarəti

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.