Əsas məzmuna keç

Heca şeiri

Mərdimiz – dərdimiz

Zəlimxan Yaqub

1

Qurd yedi, taladı bu ağacları, Nə qədər ağac var qurdun içində. Çaqqal var, tülkü var, it var, pişik var, Didir bir-birini yurdun içində. Kökünü qazıdı dərd adamların, Nə qədər adam var dərdin içində. Həyatdan küsən var, candan bezar var, Nə qədər ağrı var, dərd var, azar var, Kimsəsiz ölü var, qərib məzar var. Mərdin sinəsini açın, göstərin, Nə varsa, aydınca görəcəksiniz, Nə varsa, yer salıb mərdin içində!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.