Əsas məzmuna keç

Qoşma

Mərdan hansı, bilmədim

Məxdumqulu Fəraqi

1

Mərd gözləyib öz elimdən çıxmışam, Eyya dostlar, mərdan hansı, bilmədim. Qürbətdən ayrılıb, laya çökmüşəm, Suya girib, ümman hansı, bilmədim.

Qanadsız uçmuşam qarçqay quş olub, İndi biqədirəm, qara daş olub, Kitab açıb, neçə dinə tuş olub, İslam hansı, Quran hansı, bilmədim.

Bir gapa duşmüşəm, aça bilməzəm, Qanadsızam, göyə uça bilməzəm, Taqətsizəm, yurddan köçə bilməzəm, Cəfa hansı, dövran hansı, bilmədim.

Məğlub oldum fələklə ox atışıb, Ayaqlara düşdüm, yaxa tutuşub, Səhər çağı bir mehraba sataşıb, Namaz hansı, əzan hansı, bilmədim.

Qaplana uğrayıb, tuş oldum qurda, Özüm bilməm, nə edirəm mən burda? Çox sözləyib, düşdüm çarəsiz dərdə, Loğman hansı, dərman hansı, bilmədim.

Ürəyimdə qalar oldu ərmanım, İsa, Mehdi, Loğman bilməz dərmanım, Məxdumqulu deyər, dostum-yaranım, Kəlam hansı, dastan hansı, bilmədim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.