Mərd olmaz
Mərd igid mərd ərdən törər, Namərddən əsla mərd olmaz, Qurdun gözündə od yanar, Çaqqal-tülkülər qurd olmaz.
Söyləginən bilən dildən, Bülbül ayrı düşsə güldən, Eşit, adam, qardaş eldən Qeyri mehriban yurd olmaz.
Bu aləm əcaib olsa, Dünya üzü nurla dolsa, Ulu tanrı rəhm qılsa Təndə, canda bir dərd olmaz.
Məxdumqulu, ağlın-huşun, Axdı gözdən qanlı yaşın, Daşa dəydi qəmli başın, Bundan betər fəryad olmaz.