Mərd iləni
Əsil ərdə qalmaz ərman, Döyüş qılsa mərd iləni. Hicran bəxtim qıldı viran, Elim ilən, yurd iləni.
Fələk təzə güllər yolar, Bülbülün səbrini alar, Qaya düşüb orda qalar, Axmasa sel sərt iləni.
Əcəl əlindən qurtarmaz, Həmrah deyib, ər götürməz, Pələngə ziyan gətirməz, Yüz min çaqqal, qurd iləni.
Fələk başım qıldı bəndi, Yumruldu iqbalım bəndi, Eşqim söndü, bəxtim sındı, Məxdumqulu, dərd iləni.