Əsas məzmuna keç

Məsnəvi

MƏNZUMƏ

Seyid Əzim Şirvani

3

Şükrlillah ki, yetişdim kamə, Müşkriz oldu bəyazə xamə. Hali-məxluqi-əzəl oldu bəyan, Can-biçcan gətirdim ünvan. Bir neçə dövrlər itmam oldu, Gərçi möhnətlə günüm şam oldu. Bir tərəf dəğdəğeyi-fikri-məaş, Bir tərəf vəsvəseyi-səyü təlaş. Bir tərəfdən qəmi-hicrani-nigar, Bir tərəf cövri-sipehri-qəddar. Gecələr rişteyi-canım yandı, Şəmtək ruhi-rəvanım yandı. Vəqt kim, mənzilim oldu xali, Düşdü yadimə nigarın xali. Xalını nöqtə görüb yad elədim, Nöqtədən xatirimi şad elədim. Qisseyi-Adəmi etdim təhrir, Şeysin əhvalını qıldım təstir. Oldu təhrir sifati-İdris, O ki hikmətlər edərdi tədris. Salehü Hud hekayətlərini, Söylədim cümlə rəvayətlərini. Eylədim qisseyi-Qabili bəyan, Möhnətü kürbəti-Habili əyan. Gəldi izharə Xəlilür-rəhman, Nəqli-Nəmrudi-ənud oldu əyan. Nəqli-Şəddadi-şədid etdi zühur, Qoymadım qisseyi-Babildə qüsur. Bütşikən ol şəhi-dövran oldu, Həzrətə nar gülüstan oldu. Ey xuda, dərdimə dərman eylə, Atəşi-hiçri gülüstan eylə! Masıva hübbini dildən pak et, Könlümü ayineyi-idrak et! Kəbəni qoyma ki bütxanə ola, Dil gərək mənzili-cananə ola. Bizə bəs eşqi-xudavəndi-əhəd, «La şərikə ləhu əllahü saməd», Mustafa haqqına, ey bari-xuda, Şərəfi-mərtəbeyi-ali-əba Seyyidi eyləmə məhşərdə zəlil, Çün olub itrəti-Zəhrayə dəxil. Bir üzüqarə qulundur bu fəqir, Əfv qıl, hər nə edibdir təqsir!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.