Mənzərə
XX əsr Yaratdı Üzeyiri, Yetirdi Qaranı, Yetirdi Fikrəti. Azərbaycana bir səs axarı, Bir ahəng bağışladı.
XX əsr Yetirdi Müşfiqi, Yetirdi Cavidi, Yetirdi Vurğunu. Müşfiqə güllə, Cavidə sürgün, Vurğuna xərçəng bağışladı.
XX əsr İki dəfə güldü üzümüzə, Bir dəfə enən, İki dəfə qalxan bayrağımıza Üç rəng bağışladı.
XX əsr Əritdi yağımızı, Çıxartdı cızdağımızı, Taladı torpağımızı, Bizi qana çəkdi, Bizə sovqat verdi, Bizə cəng bağışladı.
2001, 5 aprel