Mənzərə
Şükür Allaha, Ömrün sınağından çıxmışam daha. Nə bir könül sındırdım, Nə bir kəsin bostanına daş atdım. İnsanı öldürən hər şeyi atdım. İnsanı yaşadan hər şeyi yaşatdım, Ömrüm boyu ucalığa can atdım. Nə bir yuva uçurdum, Nə bir quşun dimdiyini qanatdım. Zəhmətə Allah dedim, gecəni gündüzə qatdım, nə dincəldim, nə yatdım. On beşdə də ölə bilərdim, otuzda da, Qarda da dona bilərdim, buzda da, Amma yaşadım. Bütün illərin ləzzətini, Sevincini, əzabını daddım, Günlərin birində gəlib altmışa çatdım.
2010, 25 mart