Əsas məzmuna keç

Qoşma

Mənliksiz yaşamaq bir mənlik deyil

Zəlimxan Yaqub

1

Sevgidən alışmaq peşəmdir mənim, Nifrətdən danışmaq, o, – mənlik deyil. Çiçəyi açılmaz, arısı gəlməz, Kimin ki ürəyi çəmənlik deyil.

Zaman çal eylədi qara saçımı, Tanrı bağışlasın, varsa, suçumu. Paxıllıq qurd kimi yesə içimi, Daha o, mənlikdi, düşmənlik deyil.

Dolu sünbülü var, yetkin dəni var, Həm nurlu sabahı, həm dünəni var. Əsl kişilərin böyük “mən”i var, Mənliksiz yaşamaq bir mənlik deyil.

2000, 24 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.