Mənli yarımdan
Fələk aləm rüsva qıldı, ayırıbdır zarımdan, Nə iş qılsam, xəbər biləm mən ol Mənli yarımdan.
İns-cins tüğyan eyləyib, zəmin lərzana gəlmiş, Asmanlar cünbüş qılıb, kövkəb yanmış narımdan.
Bir rəhmsiz şahdir ki, ol könlüm içrə yer tutub, Bənd eyləyibdir Loğmanı, xəbər almaz azarımdan.
Gündə bir vəqt nəzər salmaz, aşdı sərdən dərdimiz, Cismim xakistər oldu, canım düşüb qərarımdan.
Qirğı olsa fani dünya verməz başda tacını, Heç oyanmaz, xəndan qılar qorxmaz mənim nəzərimdən.
Güzərimi bəndi qılsam, hər gündə qırx açadır, Abi-kövsər zülalımı içibdir ol güzərimdən.
Yanar odlu Məxdumqulu, od libasın sən geyib, Fani cahan odlayıbsan, dildə olan narından.