Əsas məzmuna keç

Qoşma

Mənli

Məxdumqulu Fəraqi

1

Pərilərin içində oxşar sultana Mənli, Gər sayrısa bülbüllər, bənddir zəbana Mənli, Eşq oduna bad verib, saldı suzana Mənli, Sultan olmuş, neyləyim, gənci-nihana Mənli, Mən fəqirəm biçarə, qoymuş ərmana Mənli.

Ərzim var dərgahında, eyləsən mənə nəzər, Mən bir dükan qururam, sənsən ol eşqi-bazar, Eşq bağında gəzişib, oldum nara sazəvar, Nağıl vardır, aşiqlər görsə bir-birin qızar, Sənsən eşqin atəşi, mən bir pərvanə, Mənli.

Nərgiz sənin gözlərin, ol qaşların kamandır, Dəhan içində balın, bu nə şirin zəbandır, Civə kimi biqərar, üstündə pərvaz candır, Gül ruyini görməsəm, gözdə yaşım rəvandır, Bənzəyibdir göz yaşım, neylək, ümmana, Mənli.

Fani cahan İrəmdir, sən ol bostanın gülü, Mən ki fəqir vabəstə, qəfəs içrə bülbülü, Gül ruyində niqabdır ol Leylinin sünbülü, Nə səbəbdir, xorlarsan mənim kimi zəlili, Ol camalın eşqində oldum divanə, Mənli.

Surətin aya oxşar onca surət içində, Xan olmuşdır siratın neçə sirat içində, Nə qiymətdir camalın onca qiymət içində, Bostanın qılsam tərif göylən, yomut içində, Nəzər salsan, bu dəştim oxşar bostana, Mənli.

Mən eşqinə gədayam, yandırdın mən pərvanı, Sənsiz indi neyləyim mən bu fani cahanı, Gül ruyini görsəm bir, nedim bəşər-qılmanı, Yaxdı canım, neyləyim, bu duzəxin suzanı, Bu canıma cəbr edib, qoydun fəğana, Mənli.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.