Mənimki yazmaq olmadı
Həkimlərin işi-gücü, Ağrımı sağlamaq oldu. Təmiz fikri, saf niyyəti, Yaramı bağlamaq oldu.
Od yapışdı köz yaşıma, Oğulsansa, döz yaşıma. İşim-peşəm gözyaşıma Qarışıb çağlamaq oldu.
Yazını pozmaq olmadı, Yaxşıya yozmaq olmadı. Mənimki yazmaq olmadı, Mənimki ağlamaq oldu.
Almaniya, München xəstəxanası, 2008, 13 mart