Əsas məzmuna keç

Qoşma

Mənimki söz qəsri, söz qalasıdı

Zəlimxan Yaqub

2

Yoxdu yaş qorxusu sevilənlərə, Doxsanın içində, yüzün içində. Ürəyin nə qədər arzuları var, Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər daşıma, Tale yazdığını yazar daşıma. Söz olsun yaraşıq məzar daşıma, Siz məni basdırın sözün içində.

Mənimki söz qəsri, söz qalasıdı, Söz Babək qalası, Bəzz qalasıdı. Qalsa Zəlimxandan söz qalasıdı, Yatanda kəfənin, bezin içində.

2007, 10 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.