Əsas məzmuna keç

Heca şeiri

Mənim yaddaşımda

Zəlimxan Yaqub

1

Heç yerdə, heç zaman qış gecəsini, Bahar gecəsinə tay görməmişdim. Ömrümdə bu qədər sayrışan ulduz, Bu qədər işıqlı Ay görməmişdim.

Səhərin qəlbinə dəyməsə sözüm, Bu vaxta ən nurlu səhər deyərdim. Ulduza göylərin payına düşən Əvəzi tapılmaz şəhər deyərdim.

Fəsillər bir yerdə tutarmı qərar, Nə qış əylənəcək, nə yaz qalacaq. O gecə nurlu bir xatirə kimi, Mənim yaddaşımda bəyaz qalacaq!

1976, 17 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.