Əsas məzmuna keç

Heca şeiri

Mənim şeirim

Zəlimxan Yaqub

1

Mənim şeirim qaranlıqlar dünyasına lərzə salıb, Azadlığın sədasını dalğa-dalğa ərzə salıb. Nizamidən hikmət alıb, Füzulidən qüdrət alıb, Nə bir dəfə əsir düşüb, nə bir dəfə cilovlanıb. Yeri gəlsə, Koroğlunun qılıncından kəskin olub, Yaralara məlhəm olub, ürəklərə təskin olub. Könüllərə axıb dolub Vaqifimin gözəlində, Gözəlləşib, min gül açıb Vahidimin qəzəlində. Hünərli bir çaya dönüb Vurğunumun nəfəsində, Çiçəklənib, bahar olub Müşfiqimin həvəsində. Mənim şeirim əbədidir, yaşamağa haqqı vardır, Bünövrəsi ulu babam Xaqanidən yadigardır! Təzə-tərdi, göy Xəzərdi, Kür, Arazdı mənim şeirim. Aşıq Ələsgər adlanan telli sazdı mənim şeirim.

1969, 14 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.