Əsas məzmuna keç

Heca şeiri

Mənim şeir, sənət yolum

Zəlimxan Yaqub

1

Səsli-küylü gündüzlərdən, Sakit gecələrdən keçdi. Qələmdəki mürəkkəbdən, Alnımdakı tərdən keçdi, Mənim şeir, sənət yolum.

Zildən keçdi, bəmdən keçdi, Çox sevincdən, qəmdən keçdi. Neçə cəhənnəmdən keçdi, Cənnət ruhum, cənnət yolum.

Kim yarıya, kim yarıda, Balımı tapdım arıda. Məni qoymadı yarıda, Güvəndiyim zəhmət yolum.

Anan andı, qanan qandı, Sevən sevdi, danan dandı. Borçalıdan qanadlandı, Borçalıya həsrət yolum.

2008, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.