Mənim poeziyam
Sevginin dadında, Sevdiyim qadında, Ruhun qanadında tapmışam səni.
Gözümün yaşında, Bağrımın başında, Elin yaddaşında tapmışam səni.
Əriyən yağımda, Kədərli çağımda, Nəmli yanağımda tapmışam səni.
Arzuda, diləkdə, Kəfəndə, bələkdə, Tanrıda, mələkdə tapmışam səni.
Qəlbimin ahında, Misramın şahında, Haqqın dərgahında tapmışam səni.
2005, 24 sentyabr