Əsas məzmuna keç

Heca şeiri

Mənim ömrüm

Zəlimxan Yaqub

1

Mənim ömrüm bir nəğmədi, oxunur, Mənim ömrüm bir xalıdı toxunur. Nəğmədə də, xalıda da işıq var, Günlərimin çoxu işıq, çoxu nur.

Mənim ömrüm birlə yüzün arası, Bütövündən qalıb ancaq parası. Əlli keçib, altmış hələ qabaqda, Gətirmədim heç kəsə üz qarası!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.