Əsas məzmuna keç

Heca şeiri

Mənim ölümüm də gözəl olacaq

Zəlimxan Yaqub

1

Kiminsə başına vaxtsız yağsa qar, Ruhum oda dönər, buza çevrilər. Qəlbimdə bir aşiq kövrəkliyi var, Toxunan oldusa, saza çevrilər.

Tər çiçək ömrünü yaşaya bildim, Solub gedəcəyəm tər çiçək kimi, Kəpənək ömrünü yaşaya bildim, Ölüb gedəcəyəm kəpənək kimi.

Tez-tez dəyişəcək fəsli, iqlimi, Yamyaşıl yarpaqlar xəzəl olacaq. Haqqa inanıram, həyatım kimi, Mənim ölümüm də gözəl olacaq.

2001, 18 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.