Mənim həsrət kitabım
Ayrılığın həsrət, hüzn, Mənim həsrət kitabımsan. Ağrısı çox ömrümüzün, Mənim həsrət kitabımsan.
Gözümün yaşı duzladı, Bağrımın başı buzladı, Qəlbimin teli sızladı, Mənim həsrət kitabımsan.
Qayğıları başdan aşan, Fikri-zikri aşıb-daşan, Gündən-günə qalınlaşan, Mənim həsrət kitabımsan.
Mən yerdə, sən yeddi qatda, Fırlanırıq Kainatda. Qovuşmadıq bu həyatda, Mənim tale kitabımsan.
Hey səslərəm, soraqlaram, Nisgilimi qucaqlaram. Xəyalımla varaqlaram, Mənim həsrət kitabımsan.
2001, 12 mart