Əsas məzmuna keç

Heca şeiri

Mənim dərmanım

Zəlimxan Yaqub

1

Gördünüz ağır xəstəyəm, Tamam axır nəfəsdəyəm, Fikirləşib qəm yeməyin, “Həkim çağırın” deməyin. Verə bilməz təbib şəfa, Qat-qat artar cövrü-cəfa. Başqadı dərmanım mənim, Çıxmamışkən canım mənim, Saz gətirin, tar gətirin, Könlümə bahar gətirin. Ruh oynadan Habil hanı, Deyin çalsın kamançanı. Ədalət sazı dindirsin, Ürəyimi sevindirsin. Vaqifimdən gözəl deyin, Vahidimdən qəzəl deyin. Aradabir, hərdən-hərdən Deyin gəlsin Ələsgərdən. “Ala gözlərin görəndə, Alışıram, yanıram mən”. Vurğunu gətirin yada, Mən vurğunam o ustada. “Dağlar”ından qüdrət alım, Hər şerindən qüvvət alım. Ürəkdən çıxsın dərdi-qəm, Ondan sonra heç ölmərəm!

1969, 11 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.