Əsas məzmuna keç

Qoşma

Mənim

Zəlimxan Yaqub

1

Yazın oğlan çağı yollara çıxdım, Gül açdı yolum da, izim də mənim. Dağlar qol açanda, dərələr qucaq, Güldü ürəyim də, üzüm də mənim.

Günəş göy üzündə eləmi yandı, Bilmədim çəmənmi, laləmi yandı. Kərəmmi alışdı, Lələmi yandı, Qarım da əridi, buzum da mənim.

Bahar buludları qədirbiləndi, Ağlasam ağlardı, gülsəm gülərdi. Üstümə göylərin şehi çiləndi, Yatdı dumanım da, tozum da mənim.

Çağırdı qoynuna hər dağ, hər binə, Daşan nəğmələrə dar gəldi sinə. Gəldim bənövşənin ziyarətinə, Boynum da büküldü, dizim də mənim.

1976, 10 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.