Əsas məzmuna keç

Qoşma

Mənim

Zəlimxan Yaqub

1

Qəlbimdə, ruhumda yer sala bilməz, Qəm-qüssə yanımdan ötəndir mənim. Eşqimdən yaranıb bu torpaq, bu yer, Arzum cücərəndi, bitəndi mənim.

Şimşəklər şığıya, küləklər əsə, Çaylar haray salıb yolumu kəsə, Gur sellər nə qədər “güclüyəm” desə, Əlim hər istəyə yetəndir mənim.

Mənə eldən gəlir cəsarət, dözüm, Azalmaz alovum, qaralmaz közüm. Birinci söhbətim, sonuncu sözüm, Hər zaman, hər yerdə Vətəndir mənim.

1973, 20 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.