Əsas məzmuna keç

Qoşma

Mənim

Zəlimxan Yaqub

1

Billəm, kar eyləməz kar qulaqlara, Olsa min fəryadım, min ahım mənim. Namərd zərrə qədər halıma yanmaz, Duman fikrim olsa, çən ahım mənim.

Gəlsə də başına ağır bir qəza, Haqq ölüm tanımaz, həqiqət cəza. Yazıqdı, vicdanı vermə güdaza, Yoxdu bu işlərdə günahım mənim.

Göz-göz açılsa da sinəmdə yaram, Əyriyə, oğruya mən göz yummaram. Zəlimxan, heç kəsdən kömək ummaram, Ancaq həqiqətdi pənahım mənim.

1972, 8 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.