Əsas məzmuna keç

Qoşma

Mənim

Aşıq Ələsgər

1

Sulidin, firudin* dilim əzbəri, Oxusam, xoş gələr avazım mənim. Qunut, rüküm, bir də səcdəm səhv olsa, Neyləsəm, səhihdi namazım mənim?

Günahkardı nə ki yoldan azan var, İki mələk - xeyir-şəri yazan var, Ərəsət var, Qıl körpü var, qazan var, Orda qəbul olsun niyazım mənim.

Ələsgərə şərü böhtan deyənlər, Şeytana qul olub riba yeyənlər, Zəkatsız dövlətə halal deyənlər, Onlardan halaldı bu sazım mənim.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.