Əsas məzmuna keç

Qoşma

Mənim

Aşıq Ələsgər

1

Ay ağalar, gəlin sizə söyləyim, Pərişan keçibdi bu halım mənim. Ala gözlərini hər gün görməsəm, Dincəlmərəm, gəlməz qərarım mənim.

Aşiq oldum ala gözün özünə, Eşq əlindən yuxu gəlmir gözümə, Rüsxət ver, üzüm qoyum üzünə, Qoy sönsün ataşım, bu narım mənim.

Bağlaynan sidqini, gəl min bir ada, Deyən, Ələsgəri salmısan yada, Bivəfaynan kam almaynan dünyada, Dönməz ilqarından maralım mənim.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.