Məni zirvələrdən endirən qadın
Ayıltmaq istədim səni min kərə, Qəflət yuxusundan heç ayılmadın. Qəlbin uçurum oldu, ürəyin dərə, Məni zirvələrdən endirən qadın.
Boşuna zəhmətdi, hədərdir, hədər, Qəbrimin üstündə çiçəklər əksən. Bilmədin mən kiməm bu vaxta qədər, Bu gündən sonra da bilməyəcəksən.
2002, 23 iyun