Əsas məzmuna keç

Qoşma

Məni sevənlər

Zəlimxan Yaqub

1

Söz adlı zəmidi sərvətim, zərim, Sünbülə heyrandı dəni sevənlər. Hər gün seviləcək mən sevdiklərim, Hər gün tapılacaq məni sevənlər.

Üzülsəm, yorulsam, qocalsam belə, Dümağ qar olsa da saçımda dənlər, Qarışıb yağışa, qoşulub selə, Hər gün seviləcək məni sevənlər.

Hər gün doğulacaq, hər gün olacaq, Allaha yaxınlar, Tanrıya tənlər. Sinəsi xəzinə, baxışı ocaq, Hər gün tapılacaq məni sevənlər.

2005, 14 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.