Məni qoruyan var
Mənim ürək dostum, könül sirdaşım, Məni qoruyan var, özünü yorma. Nə qədər bəlalar çəksə də başım, Məni qoruyan var, özünü yorma.
İşıq səltənəti zülməti boğu, Hər səhər üfüqdən Günəşim doğu, Nə üzərlik gətir, nə göz muncuğu, Məni qoruyan var, özünü yorma.
Nə səngər, nə də ki, silah qoruyur, Onu tapındığı dərgah qoruyur. Şairi həmişə Allah qoruyur, Məni qoruyan var, özünü yorma.
2010, 20 mart